Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərara alıb

Avropa İttifaqına üzv olan dövlətlərin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərar verib.
 
Bu barədə agentliyə adının açıqlanmasını istəməyən avropalı diplomat bildirib.
 
“Aİ liderləri və XİN rəhbərləri sanksiyalarla bağlı müzakirələr aparıb. Daimi nümayəndələr debatlar zamanı Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinə dəyişiklik edilməsinə səbəbin olmadığını qeyd ediblər”, deyə mənbə bildirib.    
Bundan əvvəl analoji qərar Aİ üzv dövlətlərinin liderləri tərəfindən verilmişdi. 

Google+ WhatsApp ok.ru