Milli Məclisdə gərgin mübahisə

Milli Məclisin plenar iclasında qanun layihələrinin müzakirəsi zamanı spiker Oktay Əsədov və millət vəkili Zahid Oruc arasında mübahisə yaşanıb. 
 
Spiker Oqtay Əsədov qanun layihəsinin müzakirəsi zamanı Zahid Oruca çox danışdığı ilə bağlı irad tutub. Zahid Oruc isə öz növbəsində Oqtay Əsədova cavab verib. Bundan sonra Milli Məclisin spikeri Z.Oruca yerindən danışmaması ilə bağlı xəbərdarlıq edib. 
 
Spiker bildirib ki, icazə verilmədən danışmaq olmaz:
 
“Qulaq as. Söz güləşdirmə. Görürəm sənin çox güclü ideaların var. Mən sənə izah edirəm amma sən başa düşmədin. Yerindən danışma dedim. Mən də sənə söz verməyəcəyəm, sən də danışa bilməyəcəksən”.

Google+ WhatsApp ok.ru