Ay ərzində bank aktivləri 345 mln manat azalıb

Fevralın 1-i üçün bank sisteminin məcmu aktivləri 24 mlrd 837,7 mln manat (ay ərzində mənfi 344,8 mln manat və ya 1,4%) olub.
 
Azərbaycan Mərkəzi Bankının saytında verilən məlumata görə, ilin əvvəlində bu göstərici 25 mlrd 182,5 mln manat təşkil edib.
 
AMB-nin məlumatına görə, fevralın 1-i üçün bank sisteminin kreditləri 18 mlrd 20,3 mln manat (+0,01%), xüsusi kapitalı 4 mlrd 269,7 mln manat (+1,3%) olub. 

Google+ WhatsApp ok.ru