Azərbaycana BMT-dən insan haqları üzrə ekspert qrupu gəlir

Avqustun 18-dən 27-də qədər Bakıda Birləşmiş Millətlərin insan haqları üzrə müstəqil ekspertlərdən ibarət qrupu səfərdə olacaq. Ekspertlər burada hakimiyyət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər, insan haqları və biznes hüquqları ilə bağlı raport üçün materiallar toplayacaqlar.
Bu qrup Azərbaycan hökumətinin dəvəti ilə gəlir. Buna görə də vətəndaş cəmiyyətinin nümayəndələri daha diqqətli olmalıdırlar.
Azərbaycana bu qrupun tərkibində gələcəyi gözlənilən Puvan Selvanathan bildirib ki, “neftlə zəngin olan bu ölkədə insan haqları və biznes hüquqları ilə bağlı məsələdə ciddi problemlər var”.
Ekspertlər Bakıda və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə olacaqlar.deyerler /

Google+ WhatsApp ok.ru