Leyla Yunus istintaq təcridxanasından Mehman Əliyevə zəng vurdu

İyulun 30-dan həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus 1 saylı Kürdəxanı istintaq təcridxanasından telefon edərək saxlanma şəraiti haqda məlumat vermək imkanı əldə edib.
 
O, "Turan" agentliyinin direktoru Mehman Əliyevlə söhbətində bildirib ki, təcridxanada guya ona psixoloji, hətta fiziki təzyiqlər edilir.
 
Avqustun 5-də həyat yoldaşı Arif Yunus həbs olunduqdan sonra o, heç bir şey almayıb. MTN-in təcridxanasında saxlanılan həyat yoldaşının vəziyyəti barədə məlumatı yoxdur.
 
Hüquq müdafiəçisi səhhətinin (şəkər xəstəliyinin kəskin forması) pisləşdiyini və lazımi tibbi yardımın olmamasını bildirib. O, qəzetlərdən və TV-dən məhrum edildiyini də deyib.
 
Xatırladaq ki, L.Yunus və həyat yoldaşı A.Yunus dövlətə xəyanət, vergidən yayınma və qanunsuz sahibkarlıqda ittiham olunurlar.
 
Avropa İttifaqı, ATƏT, AŞ, həmçinin bir çox beynəlxalq təşkilatlar onların həbsini siyasi motivli adlandırıb və azadlığa buraxılmalarını tələb edib(Turan). /

Google+ WhatsApp ok.ru