Azərbaycan Gürcüstana 81,9 mln dollar həcmində birbaşa investisiya yatırıb 17 Avqust 2014 01:00 İqtisadiyyat 2013-cü ildə Gürcüstana birbaşa yatırılan xarici investisiyaların həcmi ötən illə müqayisədə 3,3% artaraq 941.9 mln ABŞ dolları təşkil edib APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Statistika İdarəsi məlumat verib. Məlumatda bildirilib ki, ən çox investisiya energetika sektoruna yatırılıb. Keçən il bu sektora yatırım 244,7 mln dollar olub. Bu rəqəm 2012-ci illə müqayisədə 36,5 % çoxdur. Bu sektordan başqa maliyyə sektoruna, nəqliyyat və rabitə, emal sənayesi, tikinti, mədən, əmlak, kənd təsərrüfatı və səhiyyə sektoruna yüksək məbləğdə birbaşa investisiya yatırılıb. Gürcüstan Statistika İdarəsinin məlumatında Azərbaycanın Gürcüstana 81,9 mln ABŞ dolları yatırdığı bildirilib. Keçən il beynəlxalq təşkilatlar bu ölkəyə 54,7 mln dollar həcmində yatırım həyata keçiriblər. Bu ilin ilk üç ayında isə Gürcüstana birbaşa yatırılan investisiyanın həcmi 260 mln dollar təşkil edib. / Teqlər : #Azərbaycan Gürcüstana 81,#9 mln dollar həcmində birbaşa investisiya yatırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropadan Ukraynaya qaz ixracına başlanıb İran Trans-Anadolu kəməri vasitəsi ilə Avropaya təbii qaz ixrac etməyi planlaşdırır