Azərbaycan nümayəndə heyəti İrana səfər etdi

İki gün davam edəcək səfər çərçivəsində bir sıra sahələr üzə görüşlər keçiriləcək

Azərbaycan nümayəndə heyətinin İrana səfəri başlayıb.
 
Sentyabrın 16-də Azərbaycan-İran İslam Respublikası hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana səfəri başlayıb.
 
İki gün davam edəcək səfər çərçivəsində Ş.Mustafayev İranın rabitə və informasiya texnologiyaları, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə görüşəcək.
 
Səfərin ikinci günü Azərbaycanın iş adamlarının da daxil olduğu nümayəndə heyətinin üzvləri “İranxodro” maşınqayırma kompleksi və səhiyyə sənayesi ilə tanış olacaqlar.
 

Google+ WhatsApp ok.ru