Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu $10,834 mlrd-dır

Gömrük Komitəsi bu ilin 9 ayı üçün xarici ticarət dövriyyəsinin nəticələrini açıqlayıb.
 
Azərbaycanın əsas xarici ticarət tərəfdaşları bunlardır:
 
İtaliya - $4,215 mlrd (idxal $4,030 mlrd, ixrac $0,185 mlrd),
 
AFR - $1,953 mlrd ($1,462 mlrd/ $0,491 mlrd),
 
İndoneziya - $1,894 mlrd ($1,868 mlrd,/$0,026 mlrd),
 
Rusiya - $1,368 mlrd ($0,471 mlrd/$0,897 mlrd),
 
Fransa - $1,305 mlrd ($1,188 mlrd/$0,117 mlrd),
 
Türkiyə -  $1,293 mlrd ($0,378 mlrd/$0,915 mlrd),
 
İsrail $1,195 mlrd ($0,189 mlrd/$0,006 mlrd),
 
ABŞ  - $0,887 mlrd ($0,449 mlrd/$0,438 mlrd),
 
Böyük Britaniya - $0,802 mlrd, ($0,123 mlrd/$0,679 mlrd),
 
Hindistan  - $0,712 mlrd ($0,685 mlrd, $0,027 mlrd).
 
Rusiya istisna olmaqla, müsbət saldo neft hesabınadır.
 
Azərbaycanın ixracatı $17,356 mlrd, idxalı $6,522 mlrd,  müsbət saldo $10,834 mlrd təşkil edib
 
Hesabat avrozonanın prioritetliyini göstərir:  xarici ticarət dövriyyəsinin 48,08%-i və ya $11482,298 mln bu ölkələrin payına düşür. Avropa İttifaqına ixrac 8,26% artaraq 53,32% ($9254,290 mln) olub. Aİ-dən idxal 18,15% azalaraq 34,16% ($2228,008 mln) təşkil edib.
 
MDB ölkənin ticari maraqlarında geridə qalır. Bu ölkələrin payı 8,73%-dir. ($2081,219 mln).  MDB ölkələrinə ixracat  34,41% azalaraq 3,59% ($622,790 mln) olub. İdxal 34,16% azalaraq  25,2% ($1458,428 mln) təşkil edib.
 
Qalan 43,19% ($10315,342 mln) başqa ölkələrin payına düşür. Bu ölkələrə ixracat 12,62% azalaraq 43,09%  ($7479,743 mln) olub. İdxal isə 16,51% azalaraq 43,42%  ($2835,599 mln) təşkil edib.

Google+ WhatsApp ok.ru