Prezident təqaüdçülərinin sayı açıqlandı

Prezidentini müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabrın 1-i tarixinə 51 100 nəfərə Prezident təqaüdü təyin olunub. Nazirlikdən verilən məlumata görə, cari ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan Prezident təqaüdlərində ciddi artımlar edilib. Belə ki, müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği 2014-cü il aprelin 1-dən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb. Böyük Vətən Müharibəsi iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də may ayının 1-dən 55 manatdan 100 manata çatdırılıb.
 
Eyni zamanda, I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara 01 aprel 2014-cü il tarixdən əlavə olaraq ayda 60 manat məbləğində Prezident təqaüdü təyin olunaraq ödənilir.

Google+ WhatsApp ok.ru