Azərbaycanda ümumi ipoteka portfeli 1 milyard manat təşkil edir

“İpoteka kreditləşməsi hesabına indiyədək 15 400 ailə mənzil sahibi olub”

Azərbaycanda ipoteka kreditləşməsi hesabına indiyədək 15 400 ailə mənzil sahibi olub.
 
Bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib.
 
Onun sözlərinə görə, hazırda ölkədə ümumilikdə ipoteka portfeli 1 mlrd. manat təşkil edir: “Bu məbləğin təxminən 600 mln. manatı Azərbaycan İpoteka Fondunun xətti ilə verilib. Bu məbləğə dövlətin ayırdığı vəsaitlər, eləcə də fondun özünün vəsaitləri də daxildir. Bankların öz vəsaitləri hesabına isə ümumilikdə 400 mln. manat həcmində ipoteka krediti verilib”.

Google+ WhatsApp ok.ru