Azərbaycanda 2 milyona yaxın abonent təbii qazla təmin olunub

Maide.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumatına görə, bu il dekabrın 1-dək ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 milyon 720 min 856-ya çatıb. Onların 1 milyon 699 min 108-i əhali, 21 min 748-i isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 727 min 509-u Bakı şəhəri (716 829 əhali, 10 680 qeyri-əhali abonenti), 993 min 347-si isə regionların (982 279 əhali, 11 068 qeyri-əhali abonenti) payına düşür.
 
 

Google+ WhatsApp ok.ru