Neftin qiymətində cüzi bahalaşma olub

Dünya birjalarında neftin qiyməti bahalaşıb.
 
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,77 dollar bahalaşaraq 63,82 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar artaraq 66,84 dollar olub.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,14 dollar bahalaşaraq 67,79 dollar təşkil edib.

Google+ WhatsApp ok.ru