Azərbaycanda avronun məzənnəsi yenidən aşağı düşdü

Azərbaycanda avronun məzənnəsi növbəti psixoloji həddi keçib.
 
Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
Bankın bu gün  açıqladığı rəsmi məzənnələrində 1 avronun məzənnəsi 87,7 qəpik həddində qeydə alınıb.
 
Qeyd edək ki, dolların bahalaşması avronun manata nisbətdə ucuzlaşmasına səbəb olub.
 
Xatırladaq ki, bu ilin əvvəlindən indiyədək avronun məzənnəsi təqribən 6,4% ucuzlaşaraq 0,937 manatdan 0,877 manata enib.

Google+ WhatsApp ok.ru