Azərbaycana elektron qaydada mobil telefonların gətirilməsi qadağan olundu – VİDEO

Azərbaycanda mobil telefonların onlayn vasitəsilə ölkəyə gətirilməsi qadağan olunub.
 
Maide.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
 
Onun sözlərinə görə, Azərbaycana mobil telefonlar idxal olunarkən onlar müəyyən qeydiyyatdan keçməlidirlər.
 
Komitə sədri qeyd edir ki, elektron şəkildə bu ticarət qanun-qaydanın riayət olunmasında müəyyən problemlər yaradır:
 
“Ona görə də bizim də borcumuzdur ki, qanunvericiliyə riayət olunmasını təmin edək”- deyə, Aydın Əliyev bildirib.

Google+ WhatsApp ok.ru