Azərbaycan bu il nə qədər neft satıb?

SOCAR son bir ayda ixrac olunan neftin həcmini açıqlayıb.
 
 Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 470 min 53 ton Azərbaycan nefti nəql olunub.
 
SOCAR-dan ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il fevral ayının 1-ə qədər BTC-yə 266 milyon 309 min 899 ton neft vurulub.
 
Bundan başqa, bu ilin yanvar ayında BTC kəməri ilə ümumilikdə 602 min 066 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
 
Yanvar ayında Ceyhan limanından 2,5 milyon ton neft dünya bazarlarına çıxarılıb. Həmin neftin 1 milyon 698 min 768 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Google+ WhatsApp ok.ru