Azərbaycan neftində və Brent-də kəskin qiymət artımı

"Qara qızıl"ın qiymətindən sevindirici xəbərlər gəlməkdədir. Neçə aydır eniş müşahidə olunan qiymətlərdə kəskin sıçrayış qeydə alınıb.  Maide.az xəbər verir ki, Brent markalı neftin qiyməti qəfildən 2 dollardan da artıq bahalaşıb. Belə ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,36 dollar artaraq 60,41 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında isə WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar azalaraq 51,93 dollar təşkil edib.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 2,06 dollar artaraq 59,84 dollar təşkil edib.

Analitiklər bildirirlər ki, neftin qiymətlərinin artması dünyada neft hasilatı həcminin azaldılması barədə xəbərlər və Rusiya ilə Qərb arasında aparılan danışıqlardır.

Google+ WhatsApp ok.ru