Azərbaycan XİN rəhbəri “Azadlıq Radiosu”nun rəsmisi ilə görüşüb 13 Mart 2015 02:00 Siyasət Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ səfiri Robert Sekutanın rəhbərlik etdiyi və ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefri Trimbli və “Azadlıq Radiosu”nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun qatıldığı nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və “Azadlıq Radiosu”nun fəaliyyətinə aid məsələlər müzakirə olunub. ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub. Teqlər : #Azərbaycan XİN rəhbəri Azadlıq Radiosunun rəsmisi ilə görüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistan prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video