Pakistan prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Bakı Dövlət Universitetində (BDU) Pakistan prezidenti Məmnun Hüseynə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
 
Maide.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov universitetin elmi şurasının Pakistan prezidentinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.
 
Sonra Pakistan prezidentinə fəxri doktor diplomu və mantiya təqdim olunub.
 
Pakistan dövlətinin başçısı BDU-nun müəllim və tələbələri qarşısında çıxış edib, fəxri doktor diplomuna görə təşəkkürünü bildirib.

Google+ WhatsApp ok.ru