Azərbaycanın ərzaq idxalı 36 faiz artıb

2015-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan 220 milyon 884.16 min dollar dəyərində yeyinti məhsulları alıb. Bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 35,82% çoxdur.
 
Bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumat bildirilir.
 
Hesabatda göstərilir ki, Azərbaycan 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə kərə yağı idxalını (1 milyon 934.42 min dollar), ət (2 milyon 336.06 min dollar), meyvə-tərəvəz (6 milyon 417.29 min dollar), buğda (57 milyon 472.96 min dollar) dəyərində artırıb.
 
Qeyd edək ki, Azərbaycan idxal olunan tütün və tütün məmulatları, süd idxalını da artırsa da, şəkər, bitki və heyvan mənşəli piylər və yağlar idxalını bir il ərzində azaldıb.

Google+ WhatsApp ok.ru