Azərbaycanda dolların məzənnəsi üç gündür stabil qalır, avronun ucuzlaşması davam edir

Bu gün aprelin 22-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməyib.
 
Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 23-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən 2 gündə olduğu kimi 1,0506 manat səviyyəsində qalıb.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0015 manat və ya 0,13% ucuzlaşaraq 1,1252 manat olub.

Google+ WhatsApp ok.ru