Gürcüstan Azərbaycana avtomobil ixracını il ərzində 7 dəfə azaldıb

Bu ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana 24 mln. 849,8 min dollar dəyərində 1 356 ədəd minik avtomobili ixrac olunub.
 
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 156 ədəd avtomobil və ya 7,01 dəfə azdır.
 
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 68,9% azalıb.
 
Qeyd edək ki, bu ilin üç ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyadan olan avtomobillərin xüsusi çəkisi 39,1% təşkil edib.
 
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 43,1%-ni təşkil edib.(apa)

Google+ WhatsApp ok.ru