Azərbaycan mediası Vaşinqtonda diqqətlə izlənir

Qubad İbadoğlu: “İqtidar qəzetlərinin ABŞ-ı və Barak Obamanı tənqid edən yazıları barədə operativ və təfsilatlı məlumatları var”

Azərbaycanda iqtidar qəzetlərində son vaxtlar ABŞ və Barak Obama əleyhinə sərt yazılar intensiv dərc olunur. Azərbaycan ABŞ-la müqayisədə çox kiçik dövlət olduğundan bir çox insanlar belə hesab edir ki, Azərbaycan mediası, əsasən də iqtidar mediası Amerikada izlənmir. Hakimiyyət qəzetlərinin də arxayın şəkildə istədiyini yazması bəzən bununla əlaqələndirilir. 
Bəs əslində necədir? ABŞ-da ictimai, siyasi çevrələr Azərbaycan mediası ilə maraqlanırmı? Xüsusilə də iqtidar qəzetlərinin saytlarını oxuyurlarmı?
 
Bir neçə aydır ABŞ-da fəaliyyət göstərən iqtisadçı alim, ADR sədri Qubad İbadoğlu “Yeni Müsavat”a bildirib ki, Amerikada Azərbaycan mediasında, xüsusən rəsmi mediada yazılanlarla maraqlanmadıqları barədə düşünənlər yanılırlar. Vaşinqtonda Azərbaycanla maraqlanan analitiklər və institutlar ölkədə baş verən bütün məsələlərə dair məlumatlıdırlar: “Bu zaman onların daha çox diqqət yetirdiyi mənbələrdən biri də rəsmi mənbələrdir. Odur ki, iqtidar qəzetlərinin ABŞ-ı və Baraka Obamanı tənqid edən yazıları barədə operativ və təfsilatlı məlumatları var. Bununla yanaşı, alternativ fikirləri öyrənmək üçün digər mənbələrdə də dərc edilən yazılar maraq kəsb edərsə, onunla da tanış olurlar”.

Google+ WhatsApp ok.ru