Azərbaycan neft ixracını azaltdı

2015-ci ilin 4 ayı ərzində (yanvar-aprel) Azərbaycan 11 milyon 124 min 548,72 ton neft ixrac edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 1,4% azdır.
 
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
 
Komitə bildirir ki, sayğacların göstəricilərinə əsasən, 2015-ci ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 8 milyon 839 min 695,54 ton, Bakı-Supsa neft kəməri ilə 1 milyon 456 min 843,5 ton, Şimal boru kəməri ilə 424,351 min ton neft ixrac olunub. Dəmir yolu ilə isə 403 min 658,68 ton neft daşınıb.
 
Komitənin məlumatına görə, həmçinin Bakı-Tibilisi-Ceyhan boru kəməri ilə 719 min 947,88 ton qaz kondensatı ixrac edilib.
 
Qeyd edək ki, təbii qaz ixracı ümumilikdə 3 142 587.88 min kubmetr, elektrik enerjisi ixracı isə müvafiq dövrdə 133 810.61 min kvt/s olub.
 
Bundan başqa, 2015-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən 3 milyard 275 milyon 414,47 min məbləğində neftin bəyan edilmiş həcmi 7 milyon 932 min 937,76 ton təşkil edib.
 
Məlumat üçün bildirək ki, Azərbaycandan 284 milyon 970,17 min dollar məbləğində 828 min 278,28 ton neft məhsulu ixrac olunub.

Google+ WhatsApp ok.ru