Dövlət qurumları borclarını ödəmir

2015-ci ilin I rübündə Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 306,1 mln. kVt.saat elektrik enerjisi, 64,1 min Q.kal istilik enerjisi, 51,1 mln. kubmetr təbii qaz, 4,5 mln. kubmetr su, 2,6 mln. manatlıq rabitə xidmətləri istehlak edilib.
 
Bu barədə Maide.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
 
Komitə bildirir ki, 2014-cü  ilin birinci rübü ilə müqayisədə rabitə xidmətlərinin istehlakı 36,8%, təbii qazın istehlakı 10,1%, istilik enerjisinin istehlakı 0,9% artıb, elektrik enerjisinin istehlakı 12%, suyun istehlakı isə 11,8% azalıb.
 
İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 4,2% azalaraq 32,2 mln. manat təşkil edib.
 
İstehlakın ümumi dəyərinin 56,8%-ni elektrik enerjisi, 15,8%-ni təbii qaz, 13,7%-ni su, 8,1%-ni rabitə xidmətləri, 5,6%-ni isə istilik enerjisi təşkil edib.
 
Bu ilin birinci rübündə büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 74,5%-ni ödəməklə 8,2 mln. manatını kəsirdə qoyublar.
 
İstehlak edilmiş elektrik enerjisinin 4,8 mln. manatı, təbii qazın 1,7 mln. manatı, suyun 933,5 min manatı, istilik enerjisinin 485 min manatı, rabitə xidmətlərinin 245,8 min manatı ödənilməyib.

Google+ WhatsApp ok.ru