Azərbaycanı rəqəmli valyutaya hazırlayırlar

Azərbaycanın maliyyə bazarında «rəqəmli valyuta» dövriyyəyə girə bilər, deyə Avropa Komissiyası TAIEX Ekspert Missiyasının Bakıda bugünkü seminarında bildirilib.
 
Bakı və rayon sakinlərinə «Bitcoin» anlayışı heç nə demir. Bu, eyniadlı vahidləri uçot üçün götürən mübadilə elektron ödəniş sistemidir. Yaxın vaxtlarda Azərbaycanda bitkoinlərin tətbiqinə başlanacaq., deyə Polşa Maliyyə Nəzarəti Orqanının əməkdaşı Adam Janisevski Tomas deyib. Onun üstünlüyü budur ki, dövriyyə yerli MB-ların və vergi orqanlarının nəzarəti olmadan həyata keçirilir. Bu, köhnə dünyanın bir çox ölkələrində ciddi narahatlıq yaradır. Amma pul sahiblərinin xoşuna gəlir (tranzaksiya üçün orta ödəniş haqqı 0,0001 BTC , məzənnə $240 1 BTC).
 
Bitkoinlə əməliyyatların statistikasına görə, mübadilənin 60%-i Çin yunaının, 30% dolların payına düşür. Dünyada artıq 5 min şirkət rəqəmli valyutanı mal və xidmət müqabilində qəbul edir. Orta günlük dövriyyə 1 mln BTC-dir ($240 mln) və bu göstərici artır.
 
Seminarda qeyd edilib ki, nağdsız hesablaşmaların stimullaşdırılması sahəsində Avropanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi ilə yanaşı, qanunvericilik aktlarının Avropa təcrübəsinə uyğunlaşdırılmalı, bu sahədə mövcud inzibatçılıq qaydaları ilə bağlı müzakirələr aparılmalıdır.
 
Nümunə kimi Polşada qəbul olunmuş "2014-2020-ci illərdə nağdsız hesablaşmaların inkişaf etdirilməsi" proqramı haqqında iştirakçılara məlumat verilib. 

Google+ WhatsApp ok.ru