Azərbaycanda manat əmanətləri azalır

Azərbaycanda manat əmanətlərinin həcmi azalmaqda davam edir. Manat əmanətləri 2015-ci ilin aprel ayında daha 451 mln. manat və ya 16,8% azalaraq mayın 1-nə 2 245,1 mln. manat təşkil edib.
 
Mərkəzi Bankın hesabatına görə, hesabat ayında xarici valyutada olan əmanətlərin həcmində isə artım müşahidə olunub. Xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcmi 387,6 mln. manat və ya 7,6% artaraq mayın 1-nə 5 472,2 mln. manata çatıb.
 
Qeyd edək ki, manatla əmanətlərin azalması, xarici valyutada isə əksinə artımı fevral ayından başlayıb və bu tendensiya sonrakı aylarada da xas olub. Fevralda manatla əmanətlərin həcmi 30,1%, martda 9,7% azalıb. Xarici valyutada isə əmanətlərin həcmi fevralda 73,8%, martda 2,8% artıb.
 
Statistikaya əsasən, mayın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin həcmi 7 717,2 mln. manat təşkil edib ki, bunun da 29,1%-i milli valyutada, 70,9%-i xarici valyutada yerləşdirilib.

Google+ WhatsApp ok.ru