Azərbaycan nefti 4% ucuzlaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,32 dollar yaxud 3,65% ucuzlaşıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
 
Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 63,29 dollara bərabərdir.
 
Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 63,33 dollar/barel, dünən isə 63,61 dollar/barel olub.
 
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Google+ WhatsApp ok.ru