Nazir: Devalvasiya Azərbaycanın maliyyə sektoruna mənfi təsir edib

Fevral devalvasiyası bank sisteminə və Azərbaycanın maliyyə sektoruna mənfi təsir edib, deyə bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.
 
Onun sözlərinə görə, sığortaya nəzarət yaradılmalıdır, ona görə sığorta bazarında vasitəçilərin fəaliyyətinin tənzimlənməsi üçün daha dəqiq qaydalar və reqlament yaradılacaq. «Əksər hallarda sığorta şirkətlərinin yaxşı fəaliyyəti sığorta vasitəçilərinin fəaliyyəti ilə korlanır və nüfuzdan salınır”, deyə o bildirib.
 
Nazir qeyd edib ki, sığorta şirkətləri müştəriləri ilə işə və onların hüquqlarının qorunmasına daha çox diqqət ayırmalıdır: Şirkətlər müştərilərinə aşağı keyfiyyətli xidmət göstərmək hesabına gəlirlərini artırmağa çalışmamalıdırlar. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə müştərilərin hüquqlarının müdafiəsi sahəsində vəziyyətin optimallaşdırılması üzrə tədbirlər planının yaradılması üçün sorğu göndərib. “Sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsini yaxşılaşdırmaq üçün bir sıra addımları təsdiq etmişik. Şirkətlər müştəriləri ilə münasibətlərini ən yüksək səviyyədə qurmalıdır və vasitəçilərin göstərdiyi aşağı keyfiyyətli xidmətə görə bu əlaqələr pozulmamalıdır”, deyə nazir bildirib.
 
Xatırladaq ki, ölkədə 26 sığorta və bir təkrarsığorta şirkəti var. Bundan başqa, 950 sığorta agenti qeydiyyata alınıb. Bunun 60-ı hüquqi şəxsdir.

Google+ WhatsApp ok.ru