Azərbaycan taxıl istehsalını 30% artırıb

Azərbaycanda bu il biçiləcək 915 min hektar payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin təxminən 99,8%-ı artıq biçilib. Maide.az xəbər verir ki, bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
M.Hacıyev deyib ki, ölkə üzrə 2,8 mln. ton qarğıdalısız taxıl istehsal olunub: "Orta məhsuldarlıq ölkə üzrə 30,3 sentner təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 sentner və ya təxminən 36% artıqdır".
Bundan əlavə, buğda istehsalı 1,687 mln. ton təşkil edib. Orta məhsuldarlıq illik müqayisədə 34% və ya 8 sentner artaraq 31,3 sentnerə çatıb. Taxılın biçilməmiş 0,2% sahəsi qalıb ki, bu da əsasən dağlıq bölgələrin payına düşür.
"Kənd Təsərrüfatı Nazirliyi bu il ölkədə taxıl qıtlığı olacağını gözləmir", - deyə M.Hacıyev bildirib.
Qeyd edək ki, keçən illə müqayisədə Azərbaycanda ümumi taxıl istehsalı 30% artıb.

Google+ WhatsApp ok.ru