Azərbaycan iqtisadi fəlakətin astanasında 17 Sentyabr 2015 01:00 İqtisadiyyat Maliyyə sahəsində kütləvi ixtisarlar başlayıb Azərbaycandakı iqtisadi böhran nəticəsində kütləvi ixtisarlar davam edir. Indiyə qədər əksər dövlət qurumlarından minlərlə işçi ixtisara salınıb. Bu sırada “Bakı Metropoliteni”ni, “Azərenerji”ni, “Azərsu”nu, “Azəryolservis”i və digərlərini göstərmək olar. Ixtisarlar artıq maliyyə sektorunda da baş verir. Bu günlərdə yayılan rəsmi məlumatlara görə, bu ilin iyun-iyul ayları ərzində Azərbaycanın maliyyə sahəsində çalışan işçilərin 10,06%-i və ya 3,4 min nəfəri ixtisara düşüb. Cari ilin iyul ayında maliyyə sahəsində çalışan muzdlu işçilərin orta aylıq sayı 30,4 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsinin verilən məlumata görə, may ayında isə bu göstərici 33,8 min nəfər olub. Maliyyə sahəsində çalışan işçilərin 8 faizi və ya 2,7 min nəfəri sığorta sahəsinin payına düşüb. Bu sahədə hesabat dövründə işçilərin 200 nəfəri ixtisar olunub. May ayından başlayan azalma ardıcıl olaraq davam edir. Ekspertlər hesab edir ki, maliyyə sahəsində 3400 nəfərin ixtisara düşməsi ölkə vəziyyətin daha acınacaqlı olduğunu göstərir. “Bu onun göstəricisidir bank və sığorta sektoru çökmək üzrədir. Bu isə ölkənin iqtisadi fəlakətin astanasında olduğunu göstərir”,- deyə ekspertlər bildirir. Teqlər : #Azərbaycan iqtisadi fəlakətin astanasında, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Brent markalı neft bahalaşıb İranla Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsinə dair danışıqlar aparılır