İranla Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsinə dair danışıqlar aparılır

İran və Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparılır. Bu barədə Maide.az-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. 
 
İranın Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi deyib ki, iki ölkənin dəmiryol şəbəkəsinin Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhəri arasında bir-birinə qovuşacağını bildirib: “Avqust ayında Bakıda İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək komissiyasının həmsədri Mahmud Vaizinin iştirakı ilə keçirilən koordinasiya iclasında Azərbaycan iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün dəmiryolu şəbəkəsinin Azərbaycanın Astara şəhərindən İranın Astara şəhərinə qədər uzadılmasını təklif edib. Bu dəmiryolu xətti İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcək. Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq ki, bunun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində inşa edilməlidir”.
 
Gilan valisi Bakıda keçirilən iclasda İran Astarasında böyük yük terminalının tikintisi barədə qərarın verildiyini də bildirib.

Google+ WhatsApp ok.ru