Azərbaycanla İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsini müzakirə edəcək

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin infrastrukturunun yaradılması yenidən Azərbaycanla İran hökumətlərinin gündəliyindədir. Gələn həftə iki ölkənin nümayəndə heyətləri sərhədyanı dəmiryolu kommunikasiyalarının tikintisi ilə bağlı işgüzar görüş keçirəcək.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, 9-10 oktyabr tarixlərində Azərbaycanın Lənkəran və Astara, İranın Astara şəhərlərində görüşlər keçirilməsi planlaşdırılır. Dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçiriləcək.
 
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının son iclası 3-4 avqustda Tehranda keçirilib. Tərəflər Rusiya və İranı Azərbaycan vasitəsilə birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması razılıq əldə ediblər.
 
Bir neçə il əvvəl 3 ölkənin dəmiryolu qurumlarının rəhbərləri dəmiryolu xəttinin olmayan hissəsilərinin tikintisinin maliyyələşmə mexanizmi və tikintinin həyata keçirilməsi barədə razılığa gəliblər. Amma naməlum səbəblərdən proses dayanıb. 

Google+ WhatsApp ok.ru