`Total` və `Shell`-ə İranda 200 yanacaqdoldurma məntəqəsi tikmək üçün icazə verildi

Fransanın "Total" və Britaniyanın "Shell" şirkətlərinə İranda yanacadoldurma məntəqəsi tikmək üçün lazimi icazə verilib. 
 
Maide.az polimali.com xəbər saytına istinadən məlumat verir ki,  bunu İranın Yanacaqdoldurma məntəqələri üzrə Həmkarlar İttifaqının sədri Bijən Hacməhəmmədrza deyib.  
 
B.Hacməhəmmədrza deyib ki, bu şirkətlərin hər biri  paytaxt Tehranda və digər şəhərlərdə 100 yanacaqdoldurma məntəqəsi tikəcək. 
 
Qeyd edək ki, ilk dəfə olaraq İranın Neft Nazirliyi ölkədə yanacaqdoldurma məntəqələrinin hansısa brend və ya tanınmış markanın reklamı ilə inşasına icazə verəcək: İranın Neft Nazirliyi xarici şirkətlərə ölkədə yanacaqdoldurma məntəqəsi tikmək üçün icazə verib.  İran mətbuatının məlumatına görə, hazırda İranda 3243 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Onlardan 2100-də CNG qaz doldurulur. /

Google+ WhatsApp ok.ru