Azərbaycanda orta əmək haqqı 460,1 manatdır

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2015-ci ilin sentyabrın 1-i üçün orta aylıq əmək haqqı ilin əvvəli ilə müqayisədə 4,4% - 444,5 manatdan 460,1 manata artıb.

Rəsmi statistikaya görə, 9 ayda inflyasiya 3,7%, ərzaq inflyasiyası isə 6%  təşkil edib. Demək olar ki,  inflyasiya maaş artımını “yeyib”.

Ancaq dollarla ifadədə, yəni nominal deyil, real ifadədə maaşlar 25,7% azalıb - fevralın 22-də olan devalvasiyaya qədərki məzənnə ilə 568 dollardan sentyabrın 1-ə 422 dollara düşüb. Bu dövrdə xarici sənaye və yeyinti məhsullarının qiyməti 30% artıb, bu da manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub.

Ən yüksək əmək haqqını neft sahəsində çalışanlar alır – 1700 manatdan çox, informasiya və rabitə sahəsində çalışanlar 700 manatdan artıq əmək haqqı alır.

Ən yüksək əmək haqqını ölkə prezidenti alır – 15 min manat, ancaq o da devalvasiyada əhəmiyyətli dərəcədə itirib.

2013-cü ildən minimal əmək haqqı sabit qalır – 105 manat. Yaşayış minimumu isə 125 manatdır.

Google+ WhatsApp ok.ru