Azərbaycanda elektrik enerjisinin qiyməti qalxacaqmı? - RƏSMİ AÇIQLAMA

"Azərbaycanda enerji tariflərinin artırılması ilə bağlı yayılan xəbərlər şayiədir". Maide.az xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev bildirib: "Tariflər artırılmayacaq. Biz heç vaxt enerji tarifləri (tariflərin artırılması - red.) məsələsinə baxmamışıq. Heç Tarif Şurası da baxmayıb. Ona görə də, kimsə bunu seçkilərdən öncə ortaya atmaqla bundan istifadə etmək istəyir".

Google+ WhatsApp ok.ru