Azərbaycanda tanınmış banklardan birinin rəhbəri dəyişdi

“Bank BTB” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.
 
“APA-Economics”in məlumatına görə, bankın Müşahidə Şurasının sədri Ceyhun Paşalı işdən çıxıb. Onun yerinə Rza Sadiq Müşahidə Şurasının sədri təyin edilib.
 
C.Paşalının səhhəti ilə əlaqədar öz xahişi ilə işdən çıxdığı bildirilir.
 
Xatırladaq ki, C. Paşalı təxminən 3 ay əvvəl bankın Müşahidə Şurasının rəhbəri seçilmişdi. Bundan öncə C. Paşalı Şuranın üzvü olub.
 
Müşahidə Şurasının indiki sədri R. Sadiq də təxminən 3 ay əvvəl Müşahidə Şurasına üzv seçilmişdi. O, bu vəzifədə Nigar Mehdiyevanı əvəzləmişdi.
 
Qeyd edək ki, R. Sadiq Müşahidə Şurasından əvvəl bankın Audit Komitəsinin üzvü olub. 

Google+ WhatsApp ok.ru