Dollar və avro bir az da bahalaşdı

Azərbaycanda dolların və avronun qiyməti yenə qalxıb.
 
Maide.az bildirir ki, Mərkəzi Bankın müəyyən etdiyi bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5523 manat, avro isə 1,6978 manat təşkil edir.
 
Qeyd edək ki, dünən 1 dollar 1.5511 manat, avro isə 1,6939 manat olub.
 
Onu da xatırladaq ki, dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” siyasətinə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb. /
 

Google+ WhatsApp ok.ru