Azərbaycan ötən il avtomobil idxalını 2,4 dəfə azaldıb 22 Yanvar 2016 02:00 İqtisadiyyat Ötən il ərzində Azərbaycana 26 785 ədəd avtomobil idxal olunub. Maide.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir. Məlumata görə, bu göstərici 2014-cü illə müqayisədə 36 583 avtomobil və 2,4 dəfə azdır. Belə ki, ölkəyə gətirilən avtomobillərin 816 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 23 765 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 961 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 243 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. Teqlər : #Azərbaycan ötən il avtomobil idxalını 2,#4 dəfə azaldıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransa şirkəti Azərbaycanı tərk edib Azərbaycanın ixracında 48 faizlik azalma