Azərbaycan nefti 8 faiz bahalaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,80 dollar yaxud 8,14% bahalaşıb.
 
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 37,22 dollara bərabərdir.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb/report

Google+ WhatsApp ok.ru