`Bakı Univermağı`nın səhmləri ləğv edilir

"Bakı Univermağı" ASC-nin qiymətli kağızları dövriyyədən çıxarılaraq ləğv edilir. Bu barədə ASC-nin yaydığı məlumatda bildirilir.
 
Bildirilir ki, buna səbəb ASC-nin ləğv edilməsidir.
 
Qiymətli kağızların nominal dəyəri 2 manat, sayı isə 366 098 ədəddir.
 
"Səhmdarların səhmlərinə düşən ləğvetmə paylarının ödənilməsi ləğvetmə balansına əsasən həyata keçiriləcək", - deyə məlumatda bildirilir.

Google+ WhatsApp ok.ru