Azərbaycan nefti 8 faiz bahalaşıb

Hazırda Azeri LT CIF markalı neftin bir barelinin qiyməti 42,72 dollara bərabərdir

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 3,19 dollar yaxud 8,07% bahalaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 42,72 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Google+ WhatsApp ok.ru