İpoteka kreditləşməsi 23 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət xətti ilə cəmi 800 min manat ipoteka krediti verilib.
Azərbaycan Mərkəzi Bankının (AMB)  verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 23 dəfə azdır. 2015-ci ilin ilk 2 ayında AMB yanında İpoteka Fondunun (AİF) vəsaiti hesabına 18,3 milyon manat ipoteka krediti verilmişdi.
Son 1 ildə ipoteka kreditlərinin orta məbləği təxminən 629 manat artaraq 40880 manat təşkil edib. Kreditlərin orta müddəti isə 279 aydan (23 il 3 ay) 280 aya ( 23 il 10 ay) çatıb. İpoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 6,77%-dən 6,71%-ə qədər azalıb. Kreditlər üzrə aylıq ödəniş məbləği demək olar ki, dəyişməyib.
Borcalanlar ipotekaya görə ayda 297 manat ödəyirlər.
Bu ilin yanvar-fevral aylarında AİF 12,7 milyon manat məbləğində ipoteka kreditini yenidən maliyyələşdirib. Bununla belə, AİF-in səhmdar cəmiyyətə çevrilməsi ilə əlaqədar 2 ay ərzində dövlət büdcəsindən ipoteka kreditləşməsinə vəsait ayrılmayıb. Fins.az/
 

Google+ WhatsApp ok.ru