Azərbaycanla İran arasında elektron təhlükəsizliyin səviyyəsi artıb 15 Avqust 2016 01:00 İqtisadiyyat Azərbaycan və İran arasında əldə olunan son razılaşmadan sonra elektron təhlükəsizliyin səviyyəsi artıb. Bunu APA-nın İran bürosuna İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Məhəmmədcavad Azəri Cəhromi deyib. O bildirib ki, İran və ya Azərbaycanın telekommunikasiya infrastrukturuna haker hücumu olsa, iki ölkənin “SERT” (telekommunikasiya sahəsində təhlükəsizlik yardımları mərkəzi) mərkəzləri buna dərhal reaksiya verir. M. Cəhromi əlavə edib ki, iki ölkə elektron təhlükəsizlik sahəsində önəmli addımlar atıb, bu sahədə əməkdaşlıq dərinləşir: “Bu gün İrana tranzit internet xəttinin böyük hissəsi Azərbaycandan keçir. Elektron təhlükəsizlik sahəsində əməkdaşlıq həm tranzit, həm də digər sahələri əhatə edir və bu çox önəmli məsələdir”. / Teqlər : #Azərbaycanla İran arasında elektron təhlükəsizliyin səviyyəsi artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan ayaqqabı istehsalını azaldıb Gələn ay Bakıya 50-dən artıq yeni avtobus gətirilicək