Gələn ay Bakıya 50-dən artıq yeni avtobus gətirilicək 15 Avqust 2016 01:00 İqtisadiyyat Mübariz Abbasov: Standartlara cavab verməyən marşrut avtobusları istismardan yığışdırılacaq Bu ilin sentyabr ayında Bakı şəhərində istismar məqsədi ilə 50-dən artıq marşrut avtobusu gətirilicək. “Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov məlumat verib. M.Abbasov bildirib ki, marşrut avtobusları parkının yenilənməsi prosesi davam edəcək: “Artıq şirkətlər dərk edir ki, yararsız avtobusları işlətmək olmaz. Yəni, Bakı Nəqliyyat Agentliyi həmin avtobusları istismara buraxmayacaq. Diqqət etsəniz görərsiz ki, yol qəzalarının əksəriyyəti istismara yararsız olan nəqliyyat vasitələrinə görə baş verir". "Standartlara cavab verməyən marşrut avtobusları istismardan yığışdırılacaq”, - deyə Agentlik rəsmisi qeyd edib./ Teqlər : #Gələn ay Bakıya 50dən artıq yeni avtobus gətirilicək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanla İran arasında elektron təhlükəsizliyin səviyyəsi artıb Dollar bahalaşmaqda davam edir