Azərbaycanın Türkiyədə külək elektrik stansiyasının tikintisi üçün icazələr tamamlanıb

Azərbaycanın Türkiyədə külək elektrik stansiyasının tikintisi üçün icazələr tamamlanıb

 
Stansiyanın inşası gələn il tamamlanacaq
 
Türkiyənin Petkim yarımadası ərazisində həyata keçirilməsi planlaşdırılan külək elektrik stansiyasının inşası layihəsinin 3 obyektinin yeri texniki səbəblərdən dəyişdiriləcək.
Bu barədə İzmirdə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşdə "Petkim Holding"in baş direktoru Anar Məmmədov bildirib. 
 
Onun sözlərinə görə, stansiyanın tikintisinin həyata keçirilməsi üçün hökumətdən demək olar ki, bütün razılıqlar alınıb: "Üç obyektin yerinin dəyişdirilməsinə görə bir neçə icazə yenidən alına bilər. Layihənin icrası üzrə bütün işlər qaydasındadır". 
 
A.Məmmədov əlavə edib ki, stansiyanın inşası gələn il tamamlanacaq. 
 
Qeyd edək ki, külək elektrik stansiyasının gücü 51 MVt təşkil edəcək, layihənin dəyəri isə 55 mln. ABŞ dolları həcmində qiymətləndirilir. (report) /

Google+ WhatsApp ok.ru