Mirvari Qəhrəmanlı: “BP-nin də qazanclarında ciddi azalmalar var”

Mirvari Qəhrəmanlı: “BP-nin də qazanclarında ciddi azalmalar var”

Cari ilin I rübünün yekunlarına əsasən BP-nin Azərbaycandakı işçilərinin sayı 2926 nəfər olub ki, onlardan 85%-i Azərbaycan vətəndaşı idi. Lakin II rübün sonuna şirkətin işçilərinin sayı 2903 nəfərə enib. BP rəsmisi bunu müəyyən dövr ərzində yatırılan investisiyaların həcmində baş verən dəyişikliklə və bir sıra başqa amillərlə əlaqələndirib.
 
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu dəfə ixtisarlar hətta BP-nin ofisində də baş verə bilər: “BP-də öz ərizəsi ilə iş yerini tərk edənlər arasında deyil, ixtisara düşənlər arasında bizə müraciət edənlər olub. BP-də işdən çıxan 26 nəfərdən 2-si bizə müraciət edib. Biz onların işini məhkəməyə verib, müdafiəsini təşkil etmişik. Məhkəmə müxtəlif instansiyalardadır. Bu istiqamətdə aparılan bir işi udmuşuq. Ümid edirəm ki, digər işi də udacağıq. Çünki, həmin şəxsin qaldırdığı iş haqlı işdir.
 
 
Amma onu da qeyd edirəm ki, ilin sonuna qədər BP-nin operatoru olduğu layihələrdə ixtisarlar olacaq. Bu ixtisarlar adətən BP-nin ofisindən yan keçirdi. Amma bu dəfə ixtisarlar hətta BP-nin ofisində də baş verə bilər. Bu ixtisarlar da onu deməyə əsas verir ki, BP-nin də qazanclarında ciddi azalmalar var”. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru