Azərbaycan nefti bir qədər də bahalaşıb

Azərbaycan nefti bir qədər də bahalaşıb

Azeri LT CIF markalı neftin qiyməti 56,21 dollar/barelə çatıb
 
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,11 dollar, yaxud 0,20% artıb.
 
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,21 dollara bərabər olub.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. /

Google+ WhatsApp ok.ru