Ötən il velosiped də bahalaşıb, avtomobil də

Ötən il velosiped də bahalaşıb, avtomobil də

Ötən il Azərbaycanda əksər istehsal məhsulu və xidmətlərin qiyməti artıb.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı ilin dekabrında qeyri-ərzaq məhsullarının qiymətləri noyabr ayına nisbətən 2.2 faiz bahalaşıb. 2016-cı ildə isə 2015-ci illə müqayisədə 16.7 faiz bahalaşma baş verib.
 
Beləliklə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb.
 
 
NƏ NƏ QƏDƏR BAHALAŞIB
Parçalar 17.9, geyim 14.2, ayaqqabı 12, inşaat materialları 16.4, mebel və ev əşyaları 11.2 faiz bahalaşıb.
 
Bundan başqa, xalça, digər döşəmə örtüklərinin 23.6, məişət cihazlarının 27.1, kiçik elektrik cihazlarının 28.3, şüşə məmulatları, yemək qabları və əşyalarının da 21.8 faiz bahalaşdığı bildirilir.
Evə qulluqda lazım olan məhsulların (mebellərə qulluq etmək, unitaz və vannaların təmizlənməsi, qabların yuyulması üçün vasitələr) da27.8 faiz bahalaşdığı deyilir.
 
Habelə, müalicə ləvazimatları 15, minik avtomobilləri 10.3, velosipedlər 20.4, minik avtomobillərinin ehtiyat hissələri 29.8, telefon aparatları 17.8, foto-kino avadanlıqları və optik cihazlar da 19.8 faiz bahalaşıb.
 
 
DİGƏR BAHALAŞMA...
Məlumatın işlənməsindən ötrü avadanlıqlar (kalkulyator, fərdi kompyuter, noutbuk, planşet) – 22.9 faiz
 
Oyuncaqlar – 15.4 faiz
Açıq havada idmanla, turizmlə məşğul olmaq və istirahət etməkdən ötrü əşyalar – 11.6 faiz
Ev heyvanlarına yemlər- 23.9 faiz
Kitablar – 4.1 faiz
Qəzetlər və dövri nəşrlər – 4.7 faiz
Dəftərxanaləvazimatları – 26.1 faiz
Şəxsi gigiyena əşyaları, fenlər – 23.3 faiz
Zərgərlik məmulatları – 28.6 faiz

Google+ WhatsApp ok.ru