Azərbaycan əhalisinin xərcləri 50 faiz artıb

Azərbaycan əhalisinin xərcləri 50 faiz artıb

 
“Exo” qəzetində “Azərbaycan əhalisinin xərcləri 50 faiz artıb” sərlövhəli yazı diqqət çəkir.
 
Müəllif mövzunu ekspert Nəriman Ağayevlə müzakirə edir.
 
Nəriman Ağayev əhalinin gəlirlərinin artması barədə rəsmi statistikanı şübhə altına alır. O, hesab edir ki, rəsmi statistika real durumu əks etdirmir:
 
“Son iki ildə əhalinin gəlirləri 30 faiz azalıb və azalmaqda davam edir, dövlət qurumları isə hansısa artımdan danışırlar. Manatın devalvasiyası ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir edib. Manatın məzənnəsinin və neftin qiymətinin aşağı düşməsinin nəticələrini ölkə indi də yaşayır. Əhalinin gəlirləri azalıb, 2015-ci il ilə müqayisədə xərcləri isə 50 faiz artıb”.
 
Yazıda vurğulanır ki, bir çox insanlar metronun stansiyaları qarşısında xırdavat mallar satırlar:
 
“İnsanların durumu əslində belədir, əhalinin gəlirlərinin artımı qeydə alınıb, amma bunlar proporsional deyil. Belə ki, varlılar daha da varlanıb, yoxsullar isə daha da yoxsullaşıblar”.
 
N.Ağayev vurğulayır ki, qeyri-sabit iqtisadi durum insanları qeyri-leqal işləməyə məcbur edir. Ekspertin düşüncəsinə görə, bunun özü də ölkəyə əlavə problemlər yaradır.
 
Nəriman Ağayev vurğulayır ki, təqribi hesablamalara görə, ölkədə 1 milyon 250 minə yaxın qeyri-leqal əməkçi var.
 
Yazıda xatırladılır ki, rəsmi statistikaya görə, 2017-ci ilin yanvar-iyul aylarında əhalinin nominal gəlirləri 27 milyard 716,9 milyon manat olub. Bu 2016-cı ilin eyni dövrüylə müqayisədə 7,5 faiz çoxdur. Amma illik orta inflyasiya 14 faiz təşkil edib.
 
 

Google+ WhatsApp ok.ru