Azərbaycan buğda idxalını 7 faiz artırıb

Azərbaycan buğda idxalını 7 faiz artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana ümumi dəyəri 130,2 mln. ABŞ dolları təşkil edən 576,5 min ton buğda idxal edilib.
 
“APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycana idxal olunan buğdanın dəyəri 35,4 mln dollar və ya 37,3%, həcmi isə 37,7 min ton və ya 7% artıb.
 
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında buğdanın ümumi idxaldakı payı 1,86% təşkil edib.
 

Google+ WhatsApp ok.ru